И. Алиев, оценивая слова Президента Армении Сержа Саргсяна «Мы завоевали Нагорный Карабах, а новое поколение пусть завоюет Агры-даг», на совместной пресс-конференции с премьер-министром Турции Реджеп Тайибом Эрдоганом.
Onun düşüncə tərzinə yaxşı bələdəm. Əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir. Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran içindədir - yoxsulluq, səfalət, ümidsizlik. Bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa bu ölkə çökər. Belə olan halda, real əhalisi 1 milyon 800 min nəfər olan halda bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər. Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir. Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə, heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz.
Источник: Официальный интернет сайт Президента Азербайджанской Республики http://ru.president.az/articles/2860
Ильхам Алиев: Должное
Ильхам Алиев есть азербайджанский государственный и политический деятель. Откройте для себя интересные цитаты о должное.Из вступительной речи на заседании Кабинета Министров, посвященном итогам социально-экономического развития девяти месяцев 2016 года и предстоящим задачам.
Из речи И. Алиева на открытии Губинского мемориального комплекса геноцида, 18 сентября 2013.
Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları işləmir. Beynəlxalq təşkilatların qərarları kağızda qalır, ədalətsizlik davam edir. Belə olan halda əlbəttə ki, güclənən Azərbaycan dövləti yalnız öz gücünə güvənməlidir və öz gücünə güvənir. Necə ki, bu memorial kompleksin son ekspozisiyasında əks olunduğu kimi, 95 il bundan əvvəl Qafqaz İslam Ordusunun fəaliyyəti və yerli qüvvələrlə birlikdə aparılan döyüşlər nəticəsində Bakı ermənilərdən təmizləndi. Gün gələcək əgər beynəlxalq hüquq normaları bərpa olunmazsa və Ermənistan öz işğalçı siyasətini davam etdirərsə Ordumuz son sözünü deyəcəkdir. Bunu etmək üçün bu gün bizim gücümüz vardır.
Источник: Официальный интернет сайт Президента Азербайджанской Республики http://ru.president.az/articles/9397
Из речи И. Алиева на торжественном военном параде по случаю 93-й годовщины создания Вооруженных сил, 26 июня 2011.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədir. Sadəcə, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq.
Источник: Официальный интернет сайт Президента Азербайджанской Республики http://ru.president.az/articles/2537